AZ EN RU

Naxçıvan Şəhər İcra Hakimiyyətinin qurumlarında kadr dəyişikliyi olub

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəisi, Naxçıvan Yaşıllaşdırma Xidmətinin və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktorları, Naxçıvan “Sukanalizasiya” İdarəsinin müdiri vəzifələrindən azad edilib.
    Mirsənani Seyidovun digər sərəncamları ilə Qurbanov Arzu Heydər oğlu Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəisi, Seyidov Zəka Alim oğlu Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru, Vəliyev Əli Vəli oğlu Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafayev Mustafa Vəli oğlu Naxçıvan “Sukanalizasiya” İdarəsinin müdiri təyin olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 27.07.2023 16:00