AZ EN RU

Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Aparatın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Qasım Məmmədhəsən oğlu və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri İmanov Emin Əli oğlu işdən azad olunublar.
Eyni zamanda Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Səftər Hüseyn oğlu və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Elnur Məmmədəli oğlu işdən çıxarılıblar. Digər əmrlə onların yerinə müvafiq olaraq Kərimov Suliddin İsa oğlu və Hüseynov Vüqar Qulamhüseyn oğlu təyin ediliblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.09.2023 14:45