AZ EN RU

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Kəngərli rayon ərazisində qeydə alınıb. Hadisə zamanı Sədərək rayon sakini 1967-ci il təvəllüdlü Əhmədov İlqar Rzaqulu oğlunun idarə etdiyi 68-BF-363 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobillə Kəngərli rayonu Xok kənd sakini Bağırov Adıgözəlin idarə etdiyi 74-BA-593 dövlət nömrə nişanlı "VAZ2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində, hər iki sürücü xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 27.03.2024 16:46