AZ EN RU

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, hadisə Püsyan kəndi ərazisində qeydə alınıb. Sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Həsənova Gülnaz Qələndər qızı, 1970-ci il təvəllüdlü Rzayev Pünhan Həsən oğlu və 1987-ci il təvəllüdlü Həsənova Səyyarə Hidayət qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, P.Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağırdır.
Faktlar bağlı araşdırma aparılır.

Nəşr edilib : 24.03.2024 12:15