AZ EN RU

“Naxçıvan Saray” yeni xidmət kompleksindədə I Beynəlxalq Tibbi Forumun iştirakçıları üçün qala gecəsi təşkil edilib

    I Beynəlxalq Tibbi Forumun ilk günü “Naxçıvan Saray” yeni xidmət kompleksində keçirilən möhtəşəm qala gecəsi ilə başa çatıb. 400-ə yaxın forum nümayəndəsinin iştirak etdiyi tədbirdə möhtəşəm konsert proqramı təqdim olunub. 
    Qala gecəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, hər kəsə xoş istirahət arzulayıb. Sonra forumun fəxri qonaqları üçün xatirə plaketi, Əməkdar incəsənət xadimləri üçün xatirə sertifikatı təqdim olunub.  Qazaxıstanın milli geyimləri, müxtəlif hədiyyələr təqdim olunmuşdur.
   Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində olmaqla, 3 dildə keçirilən forum Azərbaycan tibb tarixində təşkil edilən ilk tibbi forumdur. Dünyanın 7 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının bir araya toplaşdığı bu foruma 700-dən çox iştirakçı qatılıb. Beynəlxalq forumda ölkəmizin, eləcə də qardaş Türkiyə Respublikasının nüfuzlu ali təhsil ocaqlarının, Rusiya Vişnevskiy İnstitutu, Dağıstan Dövlət Tibb Universiteti, Özbəkistan Daşkənd Tibb Akademiyasının yüksək vəzifəli təmsilçiləri iştirak edirlər. 
   Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun,  Mübariz Əsgərovun peşəkar ifaları, İncəsənət fakültəsinin tələbələrindən Rauf  Bünyadzadə, Nuray Ağazadə, İsrafil Qibləliyevin səsləndirdiyi mahnılar,  Həsən Həsənlini ifasında saz havası qonaqlar tərəfindən alqışlarla qarşılanmış, gecəyə xüsusi bayram ovqatı bəxş etmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.06.2022 01:36