AZ EN RU

Naxçıvan şahmatçılarından növbəti uğur

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şirvan şəhərində keçirilən məktəblilərin Azərbaycan çempionatının seçmə mərhələsində 6 şahmatçımız final mərhələsinə vəsiqə qazanmışdır. 
Belə ki, 12 yaş Mikayılov Davut (Culfa), 14 yaş Seyidli Mirsaleh (Naxçıvan), Həsənov Ramal (Naxçıvan), 16 yaş Həsənli Rza ( Naxçıvan), 16 yaş qızlar Yusifli Fatimə ( Şahbuz) finala vəsiqə qazanmışlar. Əzimov Yasin ( Naxçıvan) isə Azərbaycan ikincisi olduğu üçün final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
Bütün şahmatçılara final mərhələsində uğurlar arzu edirik.

Nəşr edilib : 03.02.2024 18:23