AZ EN RU

Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Türk Dünyası İş Forumunda iştirak edib

Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin təşkilatçılığı və TOBB-un ev sahibliyi ilə İstanbulda keçirilən forumda Türk Dövlətləri Təşkilatını üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə, həmçinin Təşkilatda  müşahidəçi statusu olan KKTC, Macarıstan və Türkmənistanın iqtisadiyyat və ticarətdən məsul dövlət nümayəndələri və iş adamları iştirak edib.

Tədbir zamanı Türk dövlətlərinin iqtisadi durum,  qarşılıqlı iqtisadi münasibətlər və bu münasibətin Türk Dövlətləri Təşkilatına daxil olan hər bir ölkə üçün iqtisadi və mədəni inkişaf yaradacaq imkanlar barədə məlumatlar paylaşılıb.  

Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Azərbaycandan digər nümayəndələrlə birlikdə forumda iştirak edib.  Forum çərçivəsində Türkdilli Dövlətlərin Xarici İşlər nazirləri ilə görüş keçirilib.  Görüşdə onlara Naxçıvan Muxtar Respublikasının iqtisadi gücü barədə məlumat verilib və Naxçıvana dəvət ediliblər.

Nəşr edilib : 15.09.2023 16:13