AZ EN RU

Naxçıvan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin iclası olub

    Naxçıvan Biznes Mərkəzində keçirilən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının iclasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan “Cahan Holdinq” Şirkətlər Qrupunun prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyəti ilə bağlı Sahibkarlar Konfederasiyası adından Azərbaycan Respublikası Prezidentinə ünvanlanan təbrik məktubu haqqında məlumat verib. 
    Tədbirdə Sahibkarlar Konfederasiyasının fəaliyyəti, iş planının yenidən hazırlanması və cari məsələlər haqqında müzakirələr aparılıb. Müzakirələr zamanı Naxçıvan Baş Gömrük İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlığın yaradılması haqqında təkliflər dinlənilib.
    Tədbirdə “Cahan Holdinq”in əməkdaşı Ulduz Əliyeva Konfederasiyanın yeni loqosunu təqdim edərək loqo haqqında məlumat verib. 

    Sonda müzakirə edilən məsələlər haqqında sahibkarların təklifləri dinlənilib.

Bülbül Quliyeva

Nəşr edilib : 25.10.2023 21:11