AZ EN RU

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
Hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Şahbuz rayon Keçili kənd sakini, 1981-ci il təvəllüdlü Fətullayev Mehman Ələmdar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.01.2024 13:59