AZ EN RU

Naxçıvan Sağlamlıq Mərkəzində 4 türk professorun xəstə müayinəsi təşkil olunacaq

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Türkiyənin Medical Park Xəstəxanalar Qrupunun əməkdaşlığı nəticəsində 12-13 oktyabr 2023-cü il tarixlərində Naxçıvan Sağlamlıq Mərkəzində 4 türk professorun xəstə müayinəsi təşkil olunacaq. Professorlar orqan nəqli cərrahı və ümumi cərrah Bülent Ünal, ortoped-travmatoloq Cem Sever, nevroloq Emir Ruşen və plastik-rekonstruktiv cərrrah Ali Can Günenç 2 gün ərzində 300-dən artıq xəstənin ödənişsiz müayinəsini həyata keçirəcək.
Qeyd edək ki, bu Medical Park Xəstəxanalar Qrupunun professor heyətinin iştirakı  ilə  ilə keçirilən 2-ci aksiyadır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə sentyabrın 12-də baş tutan aksiyada uşaq neonatoloqu, orqan nəqli cərrahı, uroloq, neyrocərrah, travmatoloq, uşaq ortopedik cərrahından ibarət 6 yüksəkixtisaslı həkim heyətinin iştirakı təmin edilmişdi.

Nəşr edilib : 12.10.2023 09:49