AZ EN RU

Naxçıvan Sağlamlıq Mərkəzində 2 MRT və 1 KT cihazı ilə 16 saatlıq iş rejimində xidmət göstərilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi yeni ilin ilk günlərindən başlayaraq radioloji xidmətlərə olan tələbatın tam təmin edilməsi istiqamətində işlərə başlayıb. İlk olaraq Naxçıvan Sağlamlıq Mərkəzində daha bir MRT cihazı istifadəyə verilib. Bununla da Mərkəzdə 2 MRT və 1 KT cihazının hər gün saat 09:00-dan gecə saat 01:00 dək xidmət göstərməsi təmin edilib. 

Radioloji xidmətin yaxşılaşdırılması istiqamətində mühüm işlərdən biri də ixtisaslı kadr potensialının formalaşdırılmasıdır ki, bu istiqamətdə də mühüm işlər həyata keçirilir. Hazırda Naxçıvan Sağlamlıq Mərkəzində 2 uzman radioloq fəaliyyət göstərməkdədir.

Nəşr edilib : 11.01.2024 19:47