AZ EN RU

Naxçıvan Rəssamlar Birliyi “Şərq qapısı” qəzetinə təşəkkür məktubu ünvanlayıb

29-31 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı keçirilmişdi. Muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetində həmin günlərdə müntəzəm olaraq xəbər, müsahibə reportaj dərc edilib, redaksiya rəhbərliyi səviyyəsində verilən tapşırıqlar icra olunubdur.

Tədbir operativ işıqlandırıldığına görə  “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovaya və qəzetin Humanitar siyasət şöbəsinin müdiri Güntac Şahməmmədliyə Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri Ülviyyə Həmzəyeva tərəfindən təşəkkür məktubu ünvanlanıb.

Məktubda  deyilir: 2023-cü il 29-31 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən Naxçıvan – Bəşəriyyətin Beşiyi VI Beynəlxalq Rəsm Festivalını və həmçinin 2012-ci ildən bu günədək keçirilən festivalları mətbuatda geniş işıqlandırdığınız üçün, öndə Siz olmaqla, əməyi keçən hər bir əməkdaşınıza minnətdarlğımı bildirirəm.

Nəşr edilib : 07.06.2023 16:50