AZ EN RU

Naxçıvan regional “ASAN xidmət” mərkəzinin əməkdaşları təlimdən məmnunluqla söz açdılar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Naxçıvan regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına keçırilən təlimin iştirakçısı tərcümə mütəxəssisi Sevinc Əliyeva: Yorğun iş həftəsindən sonra düşünürdüm ki, bu təlim daha da yorucu olacaq. Hətta Təlimə gəlməmək haqqında düşünürdüm. Amma son anda qərarımı dəyişdim. Təlimə qatıldım. Yaxşı ki, son anda fikrimdən daşınıb, təlimə qatıldım. Doğurdan da, çox maraqlı təlim idi. Mənim üçün böyük motivasiya oldu. Sabahdan etibarən vətəndaşlarla işləməyə həvəslə davam edəcəyəm. 

Qalib Cəfərov "ASAN" xidmətin əməkdaşı: Bu gün əməkdaşlarla birlikdə 4 saatlıq təlimdə iştirak etdik. Təlim emosiyaların idarəedilməsi ilə bağlı idi. Düşündüyümdən də maraqlı keçdi və mənim üçün böyük motivasiya oldu. İnanıram ki, bu günkü təlimzamanı əldə etdiyimiz məlumatlar həm iş həyatımıza həm də şəxsi inkişafımıza müsbət təsir göstərəcək. 

Gülcamal Tahirova

Nəşr edilib : 14.10.2023 20:58