AZ EN RU

"Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri Ceyhun Bayramov Naxçıvan qaziləri adından cənab Prezidentə təbrik ünvanlayıb

Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan Sizi Zəfər seçkisindəki qələbəniz münasibətilə "Naxçıvan Qaziləri" İctimai Birliyi adından təbrik edir, daim əmrinizə müntəzir olduğumuzu bildirmək istəyirik. Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə çoxumuz gənc kursantlar idik. Əynimizə hərbi formanı geyindiyimiz gündən Vətənimizin bütövlüyü uğrunda mübarizəyə qalxmağa hazır və Vətən uğrunda canımızdan keçməyə qadir idik. Düşmənlə üz-üzə dayandığımız günlərdə hər an "İrəli!" əmrinizi gözləyir, işğal altında olan Vətən torpaqlarımızı azad etməyə can atırdıq. Həmin an gələndə hər bir hərbçi irəli atılır, hər qarış Vətən torpağı uğrunda canından keçirdi. Başımızın üstündə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, arxamızda qəhrəman xalqımız dayanmışdı. Ali Baş Komandanımızdan, yenilməz ruhlu xalqımızdan güc alır, qələbə qazanırdıq. Sizin - Müzəffər Ali Baş Komandanımızın əmrlərini yerinə yetirməkdən şərəf duyurduq. Həm siyasət, həm döyüş, həm də  informasiya meydanındakı qalibiyyətiniz dünyanı heyrətə gətirir, bizi ruhlandırırdı. Vətənin bütövlüyü uğrunda sağlamlığını itirən qazilər olaraq biz daim Sizin arxanızdayıq.

Zəfər qələbəniz mübarək!

Zəfər seçkisinin, qalib Sərkərdəsi! Nə zaman Vətən darda olsa, səsinizə səs verməyə daim hazırıq. Naxçıvan qaziləri olaraq bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik ".

Nəşr edilib : 21.02.2024 13:43