AZ EN RU

“Naxçıvan Qaziləri” İctimai Birliyinin nəzdində yeni şura yaradılıb

Ötən ilin aprel ayından fəaliyyətə başlayan “Naxçıvan Qaziləri” İctimai Birliyiyi  ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüş və yaralanmış hərbçiləri, şəhid ailələrini, müharibə veteranlarını birləşdirir. Məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir. Birliyin işinin daha da təkmilləşdirilməsi üçün qurumun tərkibində Vətən  müharibəsi  veteranları ilə iş üzrə şura yaradılıb. Şura  öz ətrafında Vətən müharibəsi veteranlarını birləşdirəcək. Qeyd edək ki, şuraya 22 il Azərbaycan Silahlı Qüvvələrinin sıralarında cəbhə bölgəsində xidmət edən, hazırda  ehtiyatda olan hərbi qulluqçu Malik Cəbiyev rəhbərlik edəcək.  “Naxçıvan Qaziləri” İctimai Birliyi və  nəzdində yardılan şuraya üz olmaq istəyən  şəxslər Vətən müharibəsi iştirakçısı və  şəxsiyyət  vəsiqəsinin sürətini, 3x4 ölçüdə foto şəkillə (arxası qırmızı fonda)  birlikdə birliyin ofisinə müraciət edə bilərlər.  

Onu da bildirək ki, hüquqi yaşayış  yeri Naxçıvan Muxtar Respublikası olub, Azərbaycanın başqa rayonlarında yaşayan qazilər və müharibə veteranları poçt şöbələrindən müracietlərini birliyin sədr müavini Əli Əlisoyun adına – birliyin ofisinə Əlincə məhəlləsi 20 ünvanına göndərə bilərlər.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 31.01.2024 17:34