AZ EN RU

“Naxçıvan Qaziləri” İctimai Birliyinin layihəsi qrant müsabiqənin qalibi olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibləri  elan olunub. Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş”   layihəsi qrant müsabiqənin qalibi olub. Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən 9000 manat məbləğində qrant ayrılıb.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onların yeni peşələr öyrənmələrinə imkan yaratmaq, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılması, cəmiyyətə inteqrasiyanı asanlaşdırmaq,  sosial həyatda fəal iştirakını təşviq etməkdir.   Müharibə sonrası travmaların  müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir.

Qeyd edək ki, layihə çərçivəsində əsas tərəfdaşdan Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasından istifadə edilərək təhsil ocağının müəllimləri tərəfindən qazilərə müxtəlif təlimlər və kurslar keçiriləcək.

Nəşr edilib : 18.03.2024 15:23