AZ EN RU

“Naxçıvan qaziləri” İctimai Birliyi yaradılıb - FOTOLAR

    Yeni təsis olunan “Naxçıvan qaziləri” İctimai Birliyinin yığıncağı keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə “Naxçıvan qaziləri” İctimai Birliyinin sədri Cehyun Bayramov və  sədr müavini Əli Əlisoy birliyin fəaliyyət istiqaməti və gələcək fəaliyyəti barədə iştirakçılara məlumat veriblər. Bildirilib ki, bu ilin aprel ayından fəaliyyətə başlayan “Naxçıvan qaziləri” İctimai Birliyinə üzvlük üçün 50-dən artıq müraciət qeydə alınıb. Vurğulanıb ki, bu birlik ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış qaziləri, şəhid ailələrini, müharibə veteranlarını birləşdirir. Məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir.
    Tədbirdə ilkin olaraq “Naxçıvan qaziləri” İctimai Birliyinə üzv olan 22 qaziyə vəsiqələr və müxtəlif tədbirlərdə fəal iştirak edənlərə  birlik tərəfindən diplomlar təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.09.2023 22:50