AZ EN RU

“Naxçıvan Premium Turniri-2”də növbəti oyunlar keçirilib

    Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində təşkil olunan şahmat üzrə “Naxçıvan Premium Turniri-2”də 6-cı tura yekun vurulub.
    Bu turda İlkin Qəbulovu (1602) sınağa çəkən beynəlxalq usta Talıb Babayev (2258) qələbə qazanıb. Liderlər cədvəlində yer alan Sadiq Qarayev (2126) bu turda uğursuzluğa düçar olub. Beynəlxalq qrossmeyster Urfan Sevdimalıyevlə (2353) görüşdə o, məğlubiyyətlə üzləşib. Ayxan Əliyevlə (1983) üz-üzə gələn FIDE ustası Sadiq Məmmədov (2177) isə ağ-qara taxtanı “sülh”lə tərk edib. 6-cı turda beynəlxalq usta Toğrul Həsənzadə (2293) FIDE ustası Nəsrin Babayevadan (2017),  beynəlxalq usta Pərviz Qasımov (2359) isə Seyid Hüseyndən (2098) üstün olub. Nazlı Hümbətova (1629) bu turu qələbə ilə başa vurub. O, Rza Həsənlini (1582) məğlub etməklə aktivinə bir xal yazdırıb. 6 turdan sonra turnir cədvəlinə 4,5 xalla Talıb Babayev, Sadiq Məmmədov, Pərviz Qasımov və Urfan Sevdimalıyev başçılıq edirlər.
    7-ci turda aşağıdakı görüşlər keçiriləcək:


            İlkin Qəbulov - Toğrul Həsənzadə
            Sadiq Qarayev - Talıb Babayev 
            Nəsrin Babayeva - Ayxan Əliyev
            Sadiq Məmmədov - Nazlı Hümbətova
            Rza Həsənli - Seyid Hüseyn
            Pərviz Qasımov - Urfan Sevdimalıyev 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.01.2022 18:47