AZ EN RU

Naxçıvan polisi və Naxçıvan Daxili Qoşunlarının əməkdaşları arasında atıcılıq üzrə yarış keçirilib

Naxçıvan polisi və Naxçıvan Daxili Qoşunlarının əməkdaşları arasında  Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Makarov”tapançasından atıcılıq üzrə yarış keçirilib.
İştirakçılar komanda və şəxsi birincilikdə mübarizə aparıblar.
Yekun nəticələrə əsasən Ordubad Rayon Polis Şöbəsi birinci yeri tutaraq  mükafata layiq görülüb. Şərur rayon Polis İdarəsi və  Daxili İşlər Nazirliyinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Şəxsi yarışlarda da ilk yerləri tutanlara diplom və medalları təqdim olunub.

Nəşr edilib : 06.11.2023 13:52