AZ EN RU

Naxçıvan polisi tərəfindən əməliyyatlar davam etdirilir

Naxçıvan polisi tərəfindən baş vermiş hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilir. Keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub .
Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə  məlumatlarını əldə etdiyi məlum olub. N.Məmmədov ifadəsində 2000-dən çox  şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib. 
Faktla bağlı araşdırmalar davam etdirilir..
Daxili İşlər  Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa  işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların  qurbanına çevrilməmək üçün  bu kimi detallara diqqət etməyə çağırır.

Nəşr edilib : 16.01.2024 16:36