AZ EN RU

Naxçıvan polisi qadın sürücüləri və piyadaları təbrik edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları qadın sürücüləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri təqdim edib, onlara əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar.
Bayram münasibətilə piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.

Nəşr edilib : 08.03.2024 21:49