AZ EN RU

Naxçıvan Orta İxtisas Polis məktəbinə qəbul edilən kursantların və ilkin hazırlıq kursunu başa vurmuş dinləyicilərin andiçmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis məktəbinə qəbul edilən kursantların və ilkin hazırlıq kursunu başa vuran dinləyicilərin andiçmə mərasimi keçirilib.

Bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra dinləyicilər Vətənin, xalqın, dövlətin yolunda canlarından belə keçməyə hazır olduqlarına söz verərək Polis andı içiblər.

Nəşr edilib : 15.09.2023 18:45