AZ EN RU

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və  5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilsin.

 2. Ləğv edilmiş Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli 55/S nömrəli Sərəncamında nəzərdə tutulan daşınmaz əmlak istisna olmaqla) və nəqliyyat vasitələri isə özəlləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

 3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 04 mart 2024-cü il

Nəşr edilib : 04.03.2024 18:02