AZ EN RU

“Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 4 mart tarixli 447-06/S nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqındaNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 4 mart tarixli 447-06/S nömrəli Sərəncamının 2-ci hissəsindən “özəlləşdirilməsi məqsədilə” sözləri çıxarılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

         3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini:

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 05 iyun 2024-cü il

Nəşr edilib : 05.06.2024 18:25