AZ EN RU

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Şərurda Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl muxtar resublikanın 100 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib, Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Şərur rayonunun Mədəniyyət Sarayında keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, muxtar respublikada son 20 ildə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin adı ilə sıx bağlıdır. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Tədbirdə rayon ziyalılarından Məhərrəm Rəhimov və Ümbülbanu Musayeva çıxış edərək Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs ediblər.

Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.

Nəşr edilib : 15.02.2024 18:06