AZ EN RU

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin bir qrup müəllimi "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunublar

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 

Təltif olunanlardan 9-u Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərinin müəllimləridir. 

Aprelin 30-da Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə müəllimlərimizə medallar təqdim olunub. 

Mükafatlandırılan müəllimlərimizin timsalında dövlətçiliyimiz naminə səmərəli fəaliyyət göstərən bütün müəllimlərimizi təbrik edirik!

Nəşr edilib : 01.05.2024 13:45