AZ EN RU

Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərinin şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ölkə üzrə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olublar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsi başa çatıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Babək rayon  Şəkərəbad  kənd tam orta məktəbinin  IX sinif şagirdi Fidan Babayeva I, Şahbuz rayon Nursu kənd tam orta məktəbinin IX sinif şagirdi Nəzrin Zeynalova II, Şərur rayon Düdəngə  kənd tam orta məktəbinin IX sinif  şagirdi  Gülşən Fərəcova isə III yerin qalibi olub. 
Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

Nəşr edilib : 10.05.2024 12:48