AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Naxçıvan Muxtar  Respublikasının Turizm Departamentinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. Baxış  zamanı bildirilib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyətinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirir.

Bülbül QULİYEVA

Nəşr edilib : 12.12.2023 17:23