AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının turizm atlası” hazırlanır

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən aldığımız məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikasının turizm atlası”nın hazırlanması istiqamətində işlərə ötən ildən başlanılıb. Atlasda öz əksini tapacaq muxtar respublikanın tarixi, coğrafi mövqeyi, iqlimi, fauna və florası, inzibati ərazi bölgüsü, tarixi abidələri, muzeyləri, müalicə mərkəzləri və digər turizm ehtiyatları və infrastrukturu haqqında məlumatların mündəricatı hazırlanıb.

Hazırda məlumatların sistemləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 17.01.2024 11:15