AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyinat olub

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının Qərarına əsasən Məmmədov Vüsal Ələkbər oğlu “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub. Vüsal Məmmədov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
Qeyd edək ki, həmçinin Vüsal Məmmədov Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.​​​​​​​

Nəşr edilib : 25.06.2024 13:10