AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilsin.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

         Anar İBRAHİMOV 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini 

Naxçıvan şəhəri, 26 dekabr 2023-cü il

Nəşr edilib : 26.12.2023 18:30