AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinin veb-saytı yenilənib

Azərbaycan Respulikası Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin elektron informasiya resursu Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir dizaynda yenidən hazırlanaraq  nstat.gov.az domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Veb-sayt funksionallıq və məzmun cəhətdən təkmilləşdirilib, yeni informasiyalarla zənginləşdirilib. Yenilənmiş sayt komitənin fəaliyyətinə uyğun olaraq müasir görünüşü, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir. Sayt istifadəçi rahatlığını nəzərə alaraq responsiv dizaynda hazırlanıb.

Yeni internet səhifəsinin təhlükəsizliyinin təmin olunması, axtarış sistemlərinə uyğunlaşdırılması, qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də  domenə bağlı e-poçt adresi ilə (info@nstat.gov.az) təmin olunub. Həmçinin, Komitənin aidiyyəti əməkdaşlarına istifadəçi idarəetmə panelinin təlimi ilə əlaqədar metodiki köməklik də göstərilib.

                                                Naxçıvan Muxtar Respublikası

                                                  Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2023 10:33