AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri üzrə vaxtı keçmiş kreditlər 62 faiz azalıb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu fəaliyyətini mövcud qanunvericiliyə uyğun formalaşdırıb. Fondun nizamnaməsinə müvafiq olaraq  Müşahidə Şurası yaradılıb və müvafiq qərarlar qəbul edilib.  
Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib, hal-hazırda Fondun aktiv portfeli 52,5 milyon manat təşkil edir.
2024-cü il 1 yanvar  tarixinə Sahibkarlığın İnkişafı  Fonduna  öhdəlik üzrə qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 15,5 milyon manat təşkil edib, 2024-cü il 13 iyun tarixinə 9,6 milyon  manat və ya 62 faiz azalaraq  5,9 milyon manata endirilib.

Nəşr edilib : 13.06.2024 14:31