AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən qərara alıram:

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 7 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri

Kollegiyanın üzvləri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Naxçıvan Regional Bölməsinin rəisi

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Babək Regional Bölməsinin rəisi

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini:

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 05 iyun 2024-cü il

Nəşr edilib : 05.06.2024 18:28