AZ EN RU

Naxçıvan Muxtar Respublikasının mərkəzi aparatı, rayon (şəhər) və Naxçıvan hərbi prokurorluğunun əməkdaşları arasında futbol turniri keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı   ilə mayın 15-də prokurorluq əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş futbol turnirinin final oyunu keçirilib.

Finalda Naxçıvan Muxtar Respublikası prokurorluğunun mərkəzi aparatının  komandası ilə Naxçıvan hərbi prokurorluğunun  komandası qarşılaşıb.

Oyunda Naxçıvan hərbi prokurorluğunun  komandası qalib gəlib.

Sonda 1-ci və 2-ci yerə çıxan komandalar Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Naxçıvan hərbi prokuroru Aqil Axundov və Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri vəzifələrini icra edən Məcid Seyidov tərəfindən mükafatlandırılıb.

Nəşr edilib : 16.05.2024 13:11