AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Məhkəmələrinə hakimlər təyin edilib

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. 
Sərəncama əsasən Kərimov Arzuyar Sadıq oğlu Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib. Elnur Heydər oğlu Hüseynov isə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilib.
Həmçinin, Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi təyin edilib.

Nəşr edilib : 13.05.2024 13:47