AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin və nazirliyin strukturunun təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin  2009-cu il 20 fevral tarixli  155-III FR nömrəli Fərmanı ləğv edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini: 

Naxçıvan şəhəri, 29 noyabr 2023-cü il

Nəşr edilib : 29.11.2023 14:44