AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib

İyunun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.

Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidmətinin göstərilməsinə Agent-Bankların seçilməsini təmin edəcək.

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 05.06.2024 17:02