AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” elektron informasiya sisteminin fəaliyyətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.

3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi və rayon (şəhər) icra hakimiyyətləri “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi”ni zəruri məlumatlarla təmin etsinlər.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 27 yanvar 2022-ci il

 

Nəşr edilib : 27.01.2022 18:00