AZ EN RU

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 18 iyul 2024-cü il tarixdə hərraca çıxarılacaq özəlləşdirmə obyektləri barədə məlumat

     Qeyd:
    ● Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.    
    ● Sifarişlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır:
    ● Hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə edirlər:
    1. Satıcı tərəfindən müəyyən edilmiş hesaba (AZ21NABZ12360100000000005944) behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
    2. Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
    3. Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
    4. Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o, sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
    ● Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 1045-dək aparılır.
    ● Hərrac 18 iyul tarixdə saat 1100-da Hərracların Təşkili Mərkəzində keçiriləcəkdir.
    ● Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin @nmr_herracmerkezi “Instagram” hesabından, yaxud  auksion.nmr.az elektron portalı və htm@nemlak.gov.az e-mail ünvanından ala bilərsiniz. Əlaqə telefonu: (036)545-01- 38; (060)265-60-45
 

Nəşr edilib : 14.06.2024 18:18