AZ EN RU

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 16 iyul 2024-cü il tarixdə keçiriləcək torpaq hərracları haqqında

    Qeyd:
    • Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, ərizə və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. 
    • Ərizələr Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs (Naxçıvan şəhəri, 8-ci küçə 1/5A) tərəfindən qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan hərracda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə hərrac gününə 2 gün qalanadək Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
    •  Ərizələr “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin Torpaq müsabiqə və hərrac komissiyasında 20 iyun 2024-cü il tarixdən 12 iyul 2024-cü il tarixədək saat 900-dan 1800-dək qəbul olunur. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
    - Ərizəçinin adından çıxış etməyə dair etibarnamə (ərizəçi iştirak etmədiyi hallarda).
    • Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 1045-dək aparılır.
    • Hərrac 16 iyul 2024-cü il tarixdə saat 1100-da “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin yerləşdiyi binada keçiriləcəkdir.
    • Hərrac aşağıdakı hallarda baş tutmamış hesab edilir:   
    - iştirakçıların sayı ikidən az olduqda;
    - hərracın heç bir üzvü ilkin qiymət üç dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda;
    - hərracın qalibi hərracın nəticələri haqqında protokola imza atmaqdan boyun qaçırdıqda. 
    • Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin @nmr_herracmerkezi “Instagram” hesabından və yaxud auksion.nmr.az elektron portalı və htm@nemlak.gov.az­­e-mail ünvanından ala bilərsiniz.Əlaqə telefonu: (036)-545-01-38; (060)-304-20-13

Nəşr edilib : 14.06.2024 18:20