AZ EN RU

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi nəzərə alınsın.

2. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələlər nəzarətdə saxlansın.

Azər ZEYNALOV

     Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini:

Naxçıvan şəhəri, 01 avqust 2023-cü il

Nəşr edilib : 01.08.2023 16:05