AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 9 yanvar 2024-cü il tarixdə açıq hərraca çıxarılacaq əmlaklar haqqında məlumat

    Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 10 faiz məbləğində beh mərkəzin xəzinə hesabına 7 yanvar 2024-cü il tarixədək ödənilməlidir.
    Sifarişlər Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzində (8-ci küçə, 1/5A ) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan əmlakların sənədləri ilə mərkəzdə tanış ola bilərlər.
    Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
    - müvafiq formada sifariş;    
    - ödəniləcək behin qəbzi;
    - hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada  təsdiq edilmiş surəti;
    - fiziki şəxslər üçün  şəxsiyyəti  təsdiq edən sənədin surəti.
    Hərrac 9 yanvar 2024-cü il tarixdə saat 1100-da mərkəzdə keçiriləcəkdir. 
    Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzindən ala bilərsiniz.

 Əlaqə telefonu:  545-01-38

Nəşr edilib : 19.12.2023 18:56