Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində beh mərkəzin xəzinə hesabına 26 dekabr 2023-cü il tarixədək ödənilməlidir. Sifarişlər Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzində (8-ci küçə, 1/5A) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan əmlakların sənədləri ilə mərkəzdə tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
- müvafiq formada sifariş;
- ödəniləcək behin qəbzi;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 29 dekabr 2023-cü il tarixdə saat 1100-da mərkəzdə keçiriləcəkdir.
Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38