AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Türkiyənin Könüllü Xidmətlər Dərnəyinin və Könüllülük Məktəbinin birgə təşkilatçılığı ilə "Zoom" platforması üzərindən "Universitetdə könüllülük" mövzusunda onlayn seminar təşkil olunmuşdur

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Türkiyənin Könüllü Xidmətlər Dərnəyinin və Könüllülük Məktəbinin birgə təşkilatçılığı ilə "Zoom" platforması üzərindən 
"Universitetdə könüllülük" mövzusunda onlayn seminar təşkil olunmuşdur. 
Əvvəlcə Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov seminar iştirakçılarını və spikerləri salamlayaraq tədbirin məqsədindən və gənclər üçün əhəmiyyətindən danışıb. 

Sonra seminarın Türkiyədən olan spikerləri Könüllülük Məktəbi qabaqcılı Hülya Denizalp və Yaşar Universiteti sosial məsuliyyət layihələri koordinatoru Kevser Yavuz Çimenli mövzu istiqamətində ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Seminar müddətində həmçinin "Sosial sahibkarlıq", "Avropa Həmrəylik Proqramı (ESC) haqqında da gənclərə bilgilər verilib.

Seminarda müxtəlif sahələrdə könüllü olan gənclər öz fəaliyyətlərindən, "Naxçıvan Könüllüləri"ndən bir neçəsi qardaş Türkiyə dövlətinin zəlzələdən zərərçəkmiş bölgələrindəki könüllü yardımlarından və s. söhbət açıblar.
Onlayn seminarda ümumilikdə 71 gənc iştirak edib. 

Ceyhun Məmmədov

Nəşr edilib : 22.03.2023 22:19