AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin ləğv edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və  5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 21 fevral 2024-cü il

Nəşr edilib : 21.02.2024 19:37