AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Nazirlikdən bildirilib ki, 19-20 oktyabr 2023-cü il, saat 10:00 radələrində Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Daxili İşlər, Səhiyyə nazirliklərinin, Daxili Qoşunların, "Naxçıvan Dəmir Yolları" MMC-in və Naxçıvan Tibb Kollecinin iştirakı ilə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili, zədələnmə ocaqlarında axtarış-xilasetmə, qaza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması" mövzusunda birgə taktiki təlim keçirəcək.

Təlimə xüsusi təyinatlı texnikaların və şəxsi heyətin cəlb olunması nəzərdə tutulur.

Nəşr edilib : 17.10.2023 16:23