AZ EN RU

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamına əsasən respublikada quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri tərəfindən 2023-cü ilin 19 iyul tarixində təsdiq edilmiş “Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə 2024-cü ilin 26 fevral tarixindən 1 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən sənaye əsaslı quşçuluq müəssisələrində, seçmə üsulu ilə şəhər və rayonlar üzrə ailə təsərrüfatlarında, həmçinin vəhşi və köçəri quşların məskunlaşdığı təbiət ərazilərində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılmışdır. 
Monitorinq zamanı quşçuluq və ailə təsərrüfatlarında saxlanılan quşlardan ümumilikdə  100 halda qan nümunələri götürülmüş və nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında analizinin aparılması təmin olunacaqdır.
Qarşıdakı dövrlərdə muxtar respublika ərazisində epizootoloji sabitliyin təmin edilməsi məqsədilə iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında da müxtəlif xəstəliklərə qarşı monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin icrası davam etdiriləcəkdir.

Nəşr edilib : 01.03.2024 17:17