AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7-ci hissədə “55” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.2.1. 1.1-ci bəndə “reabilitasiyası” sözündən sonra, "himayədar ailə və övladlığagötürmə” sözləri əlavə edilsin;

1.2.2. 2.1.1-1-ci yarımbənddə “övladlığagötürmə sahəsində” sözləri “himayədar ailə və övladlığagötürmə sahələrində” sözləri ilə əvəz edilsin;

1.2.3.  aşağıdakı məzmunda 3.1.48-1-ci yarımbənd əlavə edilsin:

“3.1.48-1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinənin aparılmasını təmin etmək;”;

1.2.4.  3.1.56-1-ci yarımbəndə “uçotunu” sözündən əvvəl, “habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların” sözləri əlavə edilsin;

1.2.5. aşağıdakı məzmunda 3.1.56-6–3.1.56-9-cu yarımbəndlər əlavə edilsin:

“3.1.56-6. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;

3.1.56-7. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək;

3.1.56-8. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək;

3.1.56-9. himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək;”.

2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

3. Bu Fərmanın 1.2.3-cü yarımbəndi 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini  

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 25 iyun 2024-cü il

Nəşr edilib : 25.06.2024 20:00