AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək rayon şöbəsində Vətəndaşların qəbulu otağı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, sosial siyasətin həyata keçirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədi ilə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun  göstərilən xidmətlərin rəqəmsallaşdırılması həyata keçirilir.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında olduğu kimi Nazirliyin rayon şöbələrində də Vətəndaşların qəbulu otaqlarının fəaliyyəti təmin edilir. Növbəti Vətəndaş qəbulu otağı Nazirliyin Babək rayonunda fəaliyyət göstərən şöbəsində istifadəyə verilib. Yeni yaradılan qəbul otağı müasir texnalogiyalar və avadanlıqlarla  təmin edilib. Həfətnin iş günləri ərzində 09:00-dan 18:00-a kimi fəaliyyət göstərən vətəndaşların qəbul otağında,vətəndaşların müraciətinin qəbul edilərək müvafiq xidmət pəncərələrinə yönəldilməsi və elektron növbə sistemi üçün məlumat masası, müraciət edən vətəndaşların rahatlıqlarının təmin edilməsi üçün oturacaqlar, növbə ardıcıllığını əks etdirən monitor və sağlamlıq imkanları məhdud şəxslərin qəbul zamanı rahat hərəkətlərini təmin etmək üçün  zəruri xidmət vasitələri ilə təhciz edilmiş gözləmə zalı, müvafiq olaraq qəbul edilən müraciətlərin cavablandırılması üzrə xidmət masaları fəaliyyət göstərir.

Həmçinin Ünvanlı Dövlət Sosial Yardımı üçün müraciət edən vətəndaşlara, Vahid Elektron Müraciət  və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə müraciətlərini daxil etmək üçün özünəxidmət masaları fəaliyyət göstərir.

Qeyd edək ki, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun göstərilən xidmətlərin  keyfiyyətinin yüksəldilməsi üçün tətbiq edilən hər bir yeniliyin mərkəzində vətəndaş məmnunluğunun təmin olunması, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi dayanır.

Nəşr edilib : 18.04.2024 14:18